Ermənilərin Qarabağda səpələnmiş meyitləri çaqqallara YEM OLUR

İki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib. Modern.az xəbər verir ki, Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub. Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək.
Bu arada BBC-nin Rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meytitləri barədə tükürpədən məlumat yayıb. Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib:
"Burada qördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, - deyə “Qızıl Xaç”la birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib.
“Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi...".
Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb:
“Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq", -deyə axtarış missiyasının üzvü söyləyib.
Ermənistan tərəfinin məlumatına görə, 13 noyabr 2020-ci ildən bu günə kimi aparılan axtarış nəticəsində 1485 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












