Ermənistan 10 min hərbçisini itirib - Türk general

44 gün davam edən Vətən Müharibəsi Azərbaycan Ordusunun misilsiz qələbəsi ilə yekunlaşıb. Belə ki, Milli Ordumuz işğal altındakı torpaqları azad etməklə yanaşı, düşmənin 30 illik mühəndis istehkam və müdafiə sistemini darmadağın etdi.
"Ermənistanın Müdafiə Nazirliyinin itkilərin sayı ilə bağlı verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Belə müharibələrdə yalan söyləmək mümkün deyil. Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var".
Avtosfer.az Milli.Az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücel Karauz bildirib.
Onun sözlərinə görə, bundan əlavə Ermənistan ordusunun bir qismi də cəbhədən qaçıb: "Onların baş naziri də bu barədə danışıb. Ermənistan Ordusu 44 günlük müharibə zamanı 65 faiz silah sistemlərini itirib. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var".
Türkiyə Ordusunun genaralı daha sonra vurğulayıb ki, Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib: "Ermənistan düşdüyü vəziyyətdən 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir".
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












