Ermənistan ianələrin ümidinə qalıb - VİDEO

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirləri bu ölkənin iqtisadiyyatını çökdürüb.
Baku TV xəbər verir ki, artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edir və bunun getdikcə böyüyərək, işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.
44 günlük müharibə düşmənin həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verməsi ilə nəticələndi. Qəhrəman ordumuzun düşmənin dəyəri milyardlarla dollar ölçülən texnikasını və hərbi sursatını məhv etməsi onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatını çökdürdü.
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Ermənistanın artan xarici borcu da, bu ölkənin iqtisadiyyatının tənəzzülündə əsas rol oynayır.
Ermənistan iqtisadiyyatının ağır vəziyyətə düçar olması gündəlik tələbat və ərzaq məhsullarının bahalaşması ilə nəticələnib. Ölkə, demək olar ki, ərzaq qıtlığının yaranma təhlükəsi ilə üz-üzə qalıb.
Xarici ianələrin ümidinə qalan Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin hərbi əməliyyatlar meydanında verdiyi ağır itkilər onu bu dəstəkdən də məhrum edir.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












