“Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır”

Ombudsman Aparatı son günlər Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən növbəti hərbi təxribatlarla münasibət bildirib.
Qurumdan Avtosfer.az-a verilən məlumatda qeyd olunub ki, Ermənistan yenə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Azərbaycana qarşı təxribatçı əməllər törətməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Qeyd etmək istərdik ki, son vaxtlar demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif bölgələrindən Azərbaycan Respublikasının mövqelərini atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə və yeni münaqişə ocağının yaranmasına çalışır. Eyni zamanda qarşı tərəf təxribat-diversiya qrupları vasitəsilə Daşkəsən, habelə işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazilərində çoxsaylı minalar basdırır ki, bu da insanların həyat və sağlamlığının ciddi təhlükə altına düşməsinə səbəb olur”.
Məlumatda bildirilib ki, Ermənistanın hər iki ölkə arasında sülh danışıqlarına zərbə vuran təxribat xarakterli bu kimi əməlləri tərəfimizdən dəfələrlə şiddətli şəkildə qınanılıb və müvafiq beynəlxalq qurumlara müraciətlər olunub. Lakin hələ də Ermənistana qarşı beynəlxalq səviyyədə məsuliyyət müəyyən edən tədbirlər görülmədiyindən, onun Azərbaycanın ərazisinə və mülki əhalisinə etdiyi hücumlar artmaqdadır, bütün bunlar isə regionda bərpa-quruculuq və sülh prosesinə zərbə vurur, həmçinin insan hüquq və azadlıqlarının təmininə maneə törədir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











