Ermənistanın yük maşınlarının İranda yanacaq problemi həll ediləcək

İrəvan və Tehran yaxın zamanlarda İranda Ermənistan yük maşınlarına satılan dizel yanacağının qiymətinin artması ilə bağlı problemi həll edəcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 25-də iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Bu istiqamətdə iş aparılıb, hər iki ölkənin sürücüləri üçün müəyyən sadələşdirmələr təklif edən təxmini formula var. İşlər yaxın vaxtlarda yekunlaşacaq və bundan sonra qərarı dərc edəcəyik”, - o, brifinqdə qeyd edib.
Erməni həmkarının açıqlamasını iranlı nazir də təsdiqləyib. A.Əraqçi vurğulayıb ki, ağır yük maşınları üçün rüsumlar da müzakirə olunub. Onun sözlərinə görə, tərəflər xərclərin azaldılması və bununla da yük daşımalarının artmasına şərait yaradılması barədə razılığa gəliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












