Ərzaq daşıyan 500-dən çox yük gəmisi Ukrayna limanlarını tərk edib

Sentyabrın 30-da 45 min tondan çox qarğıdalı və günəbaxan yağı olan üç quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Bununla bağlı gəmilər Birgə Koordinasiya Mərkəzindən icazə alıblar.
Trend-in məlumatına görə, bu barədə Mərkəzdən bildirilib.
"Sentyabrın 30-da Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 45,2 min ton taxıl və digər aqrar-sənaye məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.
“Blue One” (32,3 min ton qarğıdalı) və “Eleanora” (6,3 min ton qarğıdalı) gəmiləri İtaliyaya yolla düşüb. "Besiktas Iceland" yük gəmisi Türkiyəyə 6,6 min ton günəbaxan yağı tədarük edəcək.
Qeyd olunub ki, təyinat yerinə çatan taxıl emal oluna və sonra başqa ölkələrə daşına bilər.
Sentyabrın 30-na olan məlumata görə, Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 5 471 144 ton təşkil edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












