Əsabil Qasımovun tikinti şirkətində qalmaqal: "Məhkəmə qərarı olmadan evi sökmək istəyirlər" - FOTO - VİDEO

Vətəndaşlar sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilən "Vialon" MMC tikinti şirkətindən şikayət ediblər.
Unikal-a müraciət edən vətəndaş Bədəlova İranə Etibar qızı bildirib ki, "Vialon" MMC Bakı şəhəri, Nəsimi rayonu R.Rza küçəsində yerləşən 137 saylı evi məhkəmə qərarı olmadan sökmək istəyir:
"Evdə heç bir payı olmayan Elman Hacıbabayev "Vialon" MMC-nin rəhbəri Ramil Qasımovla əlbir olaraq evi sökdürməyə çalışır. Elman şirkəti əmin edib ki, apellyasiya məhkəməsinə şikayət edəcək və evin çıxarışı ləğv olunacaq. Şirkət də evin dəyərindən daha aşağı olan məbləği Elmana verəcək. Artıq iş Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.
Evin digər pay sahibləri ilə birlikdə ötən gün "Vialon" MMC-nin rəhbəri Ramil Qasımovla görüşdük. Problem isə hələ də həll olunmayıb. Bizə heç bir ödəniş edilməyib. Ətraf ərazilər artıq sökülüb. Bizim evi də sökmək istəyirlər", - deyə şikayətçi qeyd edib.








Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












