Əsgər getmək istəməyənlər bunu etdi - Laborant analizi öz qanı ilə dəyişdi

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə çıxıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
İstintaqla müəyyən olunub ki, Süleyman Qubadlı 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıb. Laborator müayinə üçün onlardan götürülən qan nümunələrini dəyişib və talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib.
Beləliklə, həmin şəxslərin həqiqi hərbi xidmətdən yayınmalarını təşkil edib və digər qanunsuz hərəkətlər törədib.
Toplanan sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bu işdə Süleymana kömək edən daha iki laborant da cinayət məsuliyyətinə cəlb edilib.
Süleyman talassemiya xəstəliyindən əziyyət çəkirmiş. O, pul aldığı şəxslərə analiz üçün öz qanını verirmiş. Bununla da həmin şəxslərin analiz nəticələrində talassemiya xəstəsi olması “aşkar” edilirmiş.
Məlumata görə, Süleyman saxta sənədləri “Bakı-Tehran” özəl tibb mərkəzində hazırlayıb.
O, 9 nəfərdən eyni vədlə 2500-7500 manat civarında pul alıb. Başqa 3 nəfərdən də pensiya düzəltmək adı ilə pul alıb.
Süleyman dindirilən zaman aldığı pulları icarəyə bahalı maşınlar götürməyə, şəxsi əyləncəsinə və ehtiyaclarına xərclədiyini deyib.
Törətdiyi əmələ görə 1 il 6 ay azadlıqdan məhrum edilib. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında qandallanıb.
Digər təqsirləndirilən şəxslər isə şərti cəza alıblar.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











