Evdən 30 min manat oğurlayan xadiməyə elektron qolbaq taxılıb

Nərimanov Rayon Məhkəməsində evdən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, C.Əliyeva azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin məhkəmə ona elektron qolbaq taxılması barədə hökm çıxarıb.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında paytaxtın Nərimanov rayonu ''Montin'' qəsəbəsində qeydə alınıb. Məmməd Arif küçəsində yaşayan Natella Rzayeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evindən 30 min manatlıq qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmalə Əliyevanı saxlayıb.
O, ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Qadının sözlərinə görə, həmin evdə 20 ildir ki, qulluqçu kimi işləyirmiş. O, yataq otağında təmizlik işi apararkən qızılları götürərək çantasına qoyduğunu deyib./report
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












