Evimizdəki bu əşyalar radiasiya saçır: Hər kəsi təccübləndirəcək

Radiasiyanın mənbəyi yalnız bir atom elektrostansiyası olmaya bilər. Bizi əhatə edən bir çox predmet də radioaktivdir. Onlar gündəlik həyatda istifadə olunur və sağlamlıq üçün son dərəcə təhlükəlidir.
Bunlar hansı əşyalardır?
Avtosfer.az xarici Kİv-ə istinadən həmin əşyaları təqdim edir:
Yemək qabları
Təəccüblüdür ki, qablar radiasiya mənbələrindən biridir. Bu, ilk növbədə büllurdan olan məmulatlara aiddir. Məsələ bundadır ki, həmin materialda qurğuşun var. Yan servantda qaldığı vaxt zərər vermir, ancaq içinə nəsə qoyib saxlananda təhlükəli ola bilər. Gildən hazırlanmış - parlaq sarı və ya narıncı şir (şirəylə) ilə tökülmüşsə, eləcə də keramikadan olan qablar daha çox radioktivdir. Tərkibində uran duzları var.
Jurnallar
Bir jurnal heç kimə zərər verməyəcək, ancaq 10 ildən çox müddətdir onları toplayırsınızsa, təmizliyi düşünməlisiniz. Çapda istifadə olunan boyanın tərkibində kaolin var. Bu ağ gilin bir növüdür. Kaolin uran və toriumun izotoplarını yığmağa qadirdir.
Pişik tualeti üçün aşqar
Onların hazırlandığı materialın tərkibində bentonit var. Rütubəti yaxşı mənimsəyir və qoxuları zərərsizləşdirir, eyni zamanda uran və toriumun qalıqlarını da yığır.
Keramik plitə
Digər bir təhlükə mənbəyi vanna otaqlarındakı plitələrdir. Burada zərərli maddələrin miqdarı çox olur, çünki otaqlar havalandırılmır. Yenə də keramik plitələrdən hazırlanan gil günahkardır. Əgər onun xammalı çirkli yataqlardan əldə olunubsa, radiasiya yaya bilər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












