"Faladdin”in sahibi saxlanıldı

Türkiyədə və dünyada şöhrət qazanmış falçı saxlanılıb, əmlakına həbs qoyulub.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri vasitəsilə falçılıq, astrologiya, spiritizm kimi müxtəlif sahələrdə xidmətlər göstərən falçı Sertaç Taşdelen saxlanılıb.
İstanbul Baş Prokurorluğu bildirib ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri barəsində cinayət işi açılıb.
İstanbul Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları sözügedən proqramlarla bağlı internet saytları vasitəsilə əldə edilən qanunsuz gəlirləri aşkarlayıb.
Araşdırmalar zamanı müxtəlif üsullarla 677 saylı qanun pozuntusu müəyyən edilib.
Şirkətin qurucusu və əməkdaşları “cinayət yolu ilə əldə edilmiş əmlakı yumaqda” və “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və onu idarə etməkdə” ittiham edilirlər.
Şübhəlinin ünvanında aparılan axtarışlar zamanı 1 mobil telefon, 1 SİM kart, 1 planşet, 7 kompüter, 1 hard-disk, 1 USB disk və 1 yaddaş kartı aşkar edilib.
Bundan əlavə, dəyəri təxminən 107,5 milyon türk lirəsi olan iki nəqliyyat vasitəsi, iki gəmi və şirkətə məxsus 2 əmlak müsadirə edilib.
Qeyd edək ki, sözügedən baxıcılıq proqramları nəinki Türkiyədə, Azərbaycanda və dünyanın başqa ölkələrində də populyarlıq qazanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












