FHN “Masallı” hotelində təlim keçirdi - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Masallı” hotelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, təlimə FHN-in yerli strukturları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qüvvələri, eləcə də otelin əməkdaşları cəlb olunub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, o cümlədən dəm qazı təhlükəsinin qarşısının alınması yolları, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonra təlimin praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib. Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












