"FlyOne" Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb - FOTO

Moldovanın aşağıbüdcəli aviaşirkəti "FlyOne" Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb.
Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Yeni marşrut üzrə iyulun 16-da həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Kişineu - Bakı - Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.
"FlyOne" aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək.
Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı "FlyOne" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.

Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












