Fond sədri şəhid ailəsində olub, təqaüd kartını təqdim edib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov şəhid Elvin Sarvan oğlu Şıxəliyevin ailəsi (Şirvan şəhəri) ilə görüşüb.
Bu barədə sözügedən fonddan açıqlama verilib.
Bildirilib ki, H.Məmişov doğma yurd yerlərimizin erməni faşizminin işğalından azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elvin Şıxəliyevin xatirəsinin daim ürəklərdə yaşayacağını deyib.
Fond sədri şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirib. Prezident İlham Əliyevin Fərmanı ilə növbəti qayğı olaraq, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün yanvarın 1-dən 300 manatdan 500 manata çatdırıldığını qeyd edib.
Elvin Şıxəliyevin ailəsinə də Prezidentin aylıq təqaüdünün, habelə sosial müavinətin artıq təyin olunduğunu bildirən Fond sədri ailəyə təqaüd kartını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib.
Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə ailəyə ətraflı məlumat verilib.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












