Xırdalanda uşağı döyüb, küçəyə qovan ata və ana valideynlik hüququndan məhrum ediləcəklər? - YENİLƏNİB + FOTO

“Bir neçə qanun pozuntusu var. Ana uşağın tərbiyəsi üçün məsuliyyət daşıyır. Evdəki kişinin də atası olub-olmadığı bilinmir. Həmin şəxs də uşağı döyübsə, məsuliyyətə cəlb oluna bilər. Xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi açıla bilər. Xəsarət dərəcəsi yoxdursa, onda inzibati məsuliyyətə cəlb oluna bilər”.
Bunu Xırdalanda uşağa işgəncə verərək gecəyarısı evdən qovduğu iddia olunan valideynlərin məsuliyyəti barədə Oxu.Az-a şərhində hüquqşünas Əsabəli Mustafayev deyib.
“Baxımsızlıqla bağlı ana məsuliyyətə cəlb oluna bilər. Araşdırma aprılmalıdır. Valideynlər uşağın həyatına nə qədər təhlükə yaradıblarsa, məsuliyyət daşıyırlar. Valideynlər uşağın həyatını qorumağa borcludurlar. Valideynlik borcunu yerinə yetirmədiklərinə görə onlar məsuliyyət daşıyacaqlar.
Ola bilər ki, ata və ana boşanıblar, qadın ayrı bir kişi iə yaşayır. Əgər atanın da bu olanlardan xəbəri varsa, məsuliyyət daşıyacaq. Ananın narkotik vasitələrlə əlaqəsi varsa, narkotik maddələrin əldə olunması və saxlanması ilə bağlı məsuliyyətə cəlb olunacaq”, - hüquqşünas qeyd edib.
Onun sözlərinə görə, valideynlərin, ən birinci də qadının, əməllərində bir neçə cinayət tərkibi var:
“Döyülmə, uşağın həyatını təhlükədə qoyma və narkotik vasitələrdən istifadə ilə bağlı. Uşaq sığınacağa yerləşdirilməlidir. Valideynlərin əməllərində cinayət məsuliyyəti varsa, uşaq evinə yerləşdirilməlidir. Uşaq evinə yerləşdirilən uşağın ata və anası valideynlik hüququndan məhrum edilirlər”.
12:34
Oktyabrın 6-da ata və ananın xəsarət yetirərək, gecəyarısı küçəyə atdıqları uşaq nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:
“Faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Uşağın aldığı xəsarətlərin səbəbini və dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub. Uşaq hazırda polis nəzarətindədir və tam təhlükəsizlikdədir. Araşdırmalar davam etdirilir”.
11:22
Vəkil Vamiq Şükürov Xırdalanda qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib.
Bu barədə hüquqşünas “Facebook” səhifəsində yazıb. O bildirib ki, oktyabrın 6-sı gecəyarısı Xırdalanda marketdən çıxarkən diqqətini bir uşaq cəlb edib:
“Hiss olunurdu ki, şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimisə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım. Çətinliklə olsa da, ünsiyyətə keçə bildik. Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də, açan olmadı. Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik.
Blokdan həyətə çıxıb əraziyə gələn polisə təhvil verdik uşağı. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anası imiş. Kişi və narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu dedi. Polis qadın, kişi və uşağı idarəyə apardı”.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










