Gəncədə avtobus və "07" ilə "avtoşluq"edən şəxslər saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.
Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ-2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N.Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO


















