Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb
Xəbərlər
12 Yanvar 2021 10:51

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 27 yaşlı Naib Əliyev cari ilin yanvar ayının müxtəlif vaxtlarında şəhər ərazisində vətəndaşlara məxsus müxtəlif avtomobillərdən iki ədəd ümumi dəyəri 545 manat olan mobil telefon və bir ədəd içərisində 3354 manat nağd pul olan pul qabını oğurlayıb. N. Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub : 984
DİGƏR XƏBƏRLƏR
17 Sentyabr 2026 23:40
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
17 Sentyabr 2026 23:11
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
17 Sentyabr 2026 21:51
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
17 Sentyabr 2026 21:40
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
17 Sentyabr 2026 18:52
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
17 Sentyabr 2026 18:27
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
17 Sentyabr 2026 15:53
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
16 Sentyabr 2026 22:03
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
16 Sentyabr 2026 21:40
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
16 Sentyabr 2026 18:57
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
16 Sentyabr 2026 18:28
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
15 Sentyabr 2026 21:15
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
ŞƏRH YAZ











