Gəncədə tarixi binaların üzərindəki reklam lövhələri demontaj olundu - FOTO

Gəncə şəhərində yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub:
"Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı, obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib. Məqsəd tarixi memarlıq abidələrinin ilkin görünüşünün qorunması, açıq məkanda estetik reklam mühitinin formalaşdırılması və qanunvericiliyin tələblərinə cavab verməyən kommersiya məqsədli reklamların yayımlanmasının qarşısının alınmasıdır".
"Gəncə Regional Reklam İdarəsi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.





Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












