Gəncədə tikinti zamanı qanunu pozan şəxs cərimələndi

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tikinti-təmir işləri aparan və tikinti materiallarını yol kənarları və səkilərə tökən şəxslərə qarşı reyd keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, reydlər zamanı Gəncə şəhər sakini Qasımov Heydər Tofiq oğlunun şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməyərək, tikinti materiallarını yol kənarına tökdüyü məlum olub: "Bununla əlaqədar olaraq o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi ilə cərimə edilib.
Məlumat üçün bildirək ki, bu qəbildən olan reydlər mütəmadi davam etdiriləcək.
Vətəndaşlardan tikinti-təmir işləri aparan zaman tikinti materiallarını səki və yol kənarına tökməmələri xahiş olunur".
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinə uyğun olaraq şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilirlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












