Gəncənin avtomobil yollarında vəziyyəti necədir? - FOTO

Havanın kəskin dəyişməsi nəticəsində Gəncədə avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən yaranan çətinliklər aradan qaldırılır.
Report-un məlumatına görə, ölkə ərazisində havanın kəskin soyuması və qar yağması səbəbindən bir çox avtomobil yollarında olduğu kimi Qərb bölgəsində, o cümlədən Gəncə şəhərində də qismən çətinliklər yaradıb. Gecə saatlarında bəzi yerlərdə yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.
Səhər saatlarından şəhərin əsas yollarına qum səpmə və qardan təmizləmə işləri görülür. Bəzi küçələrdə problem qalsa da, rəsmi qurumlar bildirib ki, gün ərzində həmin yollara da qum səpiləcək, nəqliyyat vasitələrinin rahat hərəkət etmələri üçün işlərə başlanacaq.
Dövlət Yol Polisi əməkdaşları yollarda tıxacların yaranmaması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət etmələri istiqamətində tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, Gəncə şəhərindən ətraf rayonlara gedən yollarda da avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb, bir neçə yüngül qəzalar qeydə alınıb. Hazırda aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür.
Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












