Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib - FOTO

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2025-ci il tarixdən icrasına başlanan " GSM - Gənclərin Sahibkarlıq Məktəbi " layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Tədbir 17-18 iyun tarixlərində Şəmkir rayonunda Şəmkir Gənclər Evi və Şəmkir Mədəniyyət Evində, 19-20 iyun tarixlərində Qazax rayonunda Qazax Dövlət Sosial İqtisad Kollecində və Qazax rayon Mədəniyyət Evində, 21-23 iyun tarixlərində Ağstafa rayonunda Agstafa rayon Yazıçılar Evində sahibkarlıq sahəsində olan fəaliyyətlərin dahada geniş şəkildə inkişaf etdirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilib. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər və həmçinin rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, hər bir Azərbaycan vətəndaşı, sahibkarlıq fəaliyyəti ilə sərbəst şəkildə məşğul ola bilər və bunun üçün dövlətimiz hər bir sahibkara xüsusi diqqət və qayğı ilə yanaşır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fərdi sahibkara diqqət və qayğısını göstərir ki, bu istiqamətdə atılan addımlar gələcəkdə ölkəmizdə dahada yeni naliyyətlərin əldə edilməsi istiqamətində uğurlu nəticələr əldə edilsin.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Fərid Zülfüqara verdi. Təlimçi öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi. Tədbir diskusiya şəklində davam etdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli qovluq,dəftər,qələm və üzərində donorun və ictimai birliyin loqosu əks edilən sertifikatlar təqdim edildi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















