Gömrükdə qanunsuz dərman preparatları aşkar edilib - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl Kanal” gömrük nəzarəti zonasından keçərkən “Qırmızı Kanal” a yönləndirilib.
Vətəndaşa məxsus yüklər rentgen aparatından keçirilən zaman monitorda dərman preparatlarının təsvirləri müşahidə edilib. Bu səbəbdən də vətəndaş təkrar baxış üçün yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus göy rəngli əl çantasının içərisində əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və kağız üzərində yazılı bəyan edilməyən 86 qutu və 60 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












