Günəşdə güclü plazma emissiyası baş verib

Günəşdə plazmanın sürətli və kompleks emissiyası baş verib və bir anda ulduzun bir neçə bölgəsinə təsir edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının teleqram kanalında məlumat yayılıb.
"Günəşdə ulduzun qərb yarımkürəsində bir anda bir neçə aktiv bölgəni təsir edən kompleks və çox sürətli plazma emissiyası meydana gəlib. Ümumilikdə, hadisə təxminən yarım milyon kilometr diametrli bir sahəni (görünən Günəş diskinin üçdə biri) əhatə etdi", - məlumatda bildirilir.
Qeyd olunur ki, maddənin bir hissəsinin və maqnit sahələrinin Yerə doğru getməsinin əlamətləri var.
Bu, artıq son günlər üçüncü güclü Günəş emissiyasıdır. Xatırladaq ki, iyunun 8-də də Günəşin cənub qütbündə son illərin ən böyük plazma emissiyalarından biri baş verib.
İyunun əvvəlində Günəş 2017-ci ildən bəri ən uzun maqnit qasırğalarına səbəb olub. Yeni hadisə günəş aktivliyinin yüksək olaraq qaldığını təsdiqləyir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












