Gürcüstan aviareysləri fevralın 1-dən bərpa edir

Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bu gün keçirilən brifinqdə məlumat verib.
"1 fevral tarixindən etibarən müntəzəm uçuşlara icazə verməyə qərar verdik. Bununla müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlər və ya yeni şirkətlər Gürcüstanda müəyyən bir qanunauyğunluqla uçuşları həyata keçirə biləcək",- deyə Turnava qeyd edib.
Uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokolların nəzərə alınaraq icazə veriləcəyi bildirilib.
"Bununla yanaşı Gürcüstana müxtəlif ölkələrdən gələn qonaqlar üçün girişin necə asanlaşdırılacağını müzakirə edirik və bunu gələn həftə müəyyənləşdirəcəyik",- deyə nazir bildirib.
O, bunun ilk növbədə Aİ, İsrail və Fars körfəzindən gələn turistlərə şamil olunacağını əlavə edib: "Yaya qədər bütün turistləri qəbul edə biləcəyik".
Xatırladaq ki, ötən ilin mart ayının ortalarında koronavirusun pandemiya elan olunmasından sonra Gürcüstan bütün istiqamətlərə müntəzəm uçuşları dayandırmışdı.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












