Gürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac - FOTO

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır. Magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.
Azərtac xəbər verir ki, yolun bağlanmasına güclü qarın yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə yaranan qar uçqunu səbəb olub.
Hazırda magistralda Azərbaycan, Gürcüstan, Ukrayna, İran, Rusiya, Türkiyə və Ermənistana məxsus çoxlu sayda yük avtomobili dayanıb.
Gürcüstan polisi və yol departamentinin işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Lakin intensiv yağan qar işləri daha da çətinləşdirib.
Kazbeqi rayonunun meri Aleksandr Zaqaşvili deyib ki, hazırda yolda dayanan avtomobillərin sürücülərinin ciddi problemləri yoxdur. Onlar lazımi ərzaq və müvəqqəti sığınacaqla təmin olunublar.
Sürücülər isə bildirirlər ki, vəziyyətin belə davam edəcəyi təqdirdə, onlar tezliklə ciddi problemlərlə üzləşəcəklər.
Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi isə yanvarın 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, Qara dənizdə qasırğa olacağı, temperaturun bir neçə dərəcə aşağı düşəcəyi, güclü qar yağacağı barədə əhaliyə xəbərdarlıq edib.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










