Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi tərəfindən azərbaycanlılar da daxil olmaqla 50 nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri icra olunub. Həyata keçirilən kompleks əməliyyatlar nəticəsində aralarında Azərbaycan, Nigeriya, Əfqanıstan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşlarının da olduğu 50 qeyri-qanuni əcnəbi miqrant saxlanılıb.
Miqrasiya nəzarəti üzrə xüsusi tədbirlər çərçivəsində idarənin işçiləri Gürcüstan ərazisində qanuni əsasları olmadan yaşayan xarici ölkə vətəndaşlarını müəyyən etmək məqsədilə konkret məkanlarda və müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanununun müvafiq tələblərini pozaraq ölkədə qalıblar. Hazırda həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər. Onların ölkədən deportasiya edilməsi üçün lazımi hüquqi prosedurlar davam etdirilir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












