Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında COVİD-19 analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.
Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib.
Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...












