Hacıqabulda evlərini tərk edən COVID-19 xəstələri məsuliyyətə cəlb olunub

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi açılıb.
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərin evlərində reyd keçirib. Reyd zamanı məlum olub ki, testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, 1972-ci il təvəllüdlü Əhmədov Elşən Məzahir oğlu yaşadığı Xətai küçəsi, ev 6 ünvanını özbaşına tərk edərək, epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında E.Əhmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.
Həmçinin reyd zamanı testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş rayonun Abdulabad kənd sakinləri, 1971-ci il təvəllüdlü Səmədov Məmmədəli İmanverdi oğlu və 1971-ci il təvəllüdlü Səmədova Könül Əlifağa qızı, H.Həmidov küçəsi, 179 ünvanında yaşayan 1997-ci il təvəllüdlü İbrahimov Mərdan Sahib oğlu (Şirvan şəhərinə gedib) və 1-ci Udulu kənd sakini, 1960-cı il təvəllüdlü Zülfəliyev Azadxan Əlimusa oğlu yaşadıqları ünvanları tərk etdiklərinə görə barələrində araşdırma aparılır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












