Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanılıb

Hacıqabulda narkotik ticarəti ilə məşğul olan kriminal aləmdə “Makan”, “Yetim” və “Malış” kimi tanınan rayon sakinləri saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənov Rəşad Adil oğlu saxlanılaraq polis şöbəsinə aparılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirinin davamı olaraq müəyyən edilib ki, rayonun Muğan qəsəbə sakini, 1988-ci il təvəllüdlü kriminal aləmdə “Yetim” ləqəbi ilə tanınan Ağayev Elşad Teymur oğlu tanışı, əvvəllər Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş, kriminal ləqəbi “Makan” olan Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Vaqif Mərdalı oğlundan satın aldığı narkotik vasitə olan heroinin bir hissəsini Həsənov Rəşad Adil oğluna, digər hissəsini isə Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğluna satıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Vaqif Həsənov saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Digər bir əməliyyat zamanı Hacıqabul sakini, 1997-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Malış” ləqəbi ilə tanınan Zülfüqarov Əli Adil oğlu saxlanılıb. Onun üzəinə baxış zamanı ondan 330 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












