“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü” - FOTO

Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində 1995-ci il təvəllüdlü hamilə arvadı Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə hakim qarşısında çıxış edən Elməddin Həsənov arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:
“Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram”.
Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman 8 yaşlı Qumru da onlarla eyni çarpayıda yatıb. Qumru anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılıb və atasına mane olmağa çalışıb. Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib.
Xatırladaq ki, cütlüyün toyu 2013-cü ildə baş tutmuşdu.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












