Həbsxanalar dolduğundan məhbuslar polis kameralarına yerləşdiriləcək

İngiltərə və Uelsdə həbsxanalarda cəmi 800-dən az boş yer qaldığı üçün hökumət məhbusları polis kameralarına yerləşdirmək qərarına gəlib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu addım sentyabr ayında həyata keçirilmiş erkən azadlıq proqramına baxmayaraq atılır. Həmin proqram çərçivəsində cəzasının ən azı 40 faizini çəkmiş minlərlə məhbus vaxtından əvvəl sərbəst buraxılmışdı. Hökumət həbsxanaların yenidən dolması səbəbindən təcili tədbir kimi polis bölmələrində məhbusların saxlanılmasını nəzərdə tutan fövqəladə rejimi aktivləşdirib.
“Operation Safeguard” (Təhlükəsizlik Əməliyyatı) adı altında həyata keçirilən bu plan Milli Polis Rəisləri Şurası və həbsxana xidməti arasında imzalanmış razılaşmaya əsasən, həbsxanalar dolduğu halda məhbusların müvəqqəti olaraq polis kameralarına yerləşdirilməsinə imkan verir. Bu sistem ötən ilin may ayında bir neçə ay ərzində tətbiq olunmuşdu.
Hazırda İngiltərə və Uelsdə 87 min 556 məhbus var və cəmi 800-dən az boş həbsxana yeri qalıb. Bu, sentyabr ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin vaxt hökumətin erkən azadlıq tədbirləri minlərlə məhbusun cəzasının 40 faizini çəkdikdən sonra buraxılmasına səbəb olmuşdu.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












