Həftəsonu Bakı aeroportundan istifadə edəcək sərnişinlərə XƏBƏRDARLIQ

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində həyata keçirilən hazırlıq tədbirləri ilə əlaqədar olaraq, 11 aprel tarixindən 12 aprelə keçən gecə paytaxtın bəzi istiqamətlərində müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə, 12 aprel saat 01:30-dan 03:30-dək Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək.
Mövcud vəziyyəti nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün nəqliyyat sıxlığını nəzərə almağı və Zığ şosesi istiqamətindən alternativ marşrut kimi istifadə imkanını dəyərləndirməyi tövsiyə edir.
Uçuşların vaxtında və rahat şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlmələri tövsiyə olunur.
Qeyd edək ki, hava limanı ilə şəhər mərkəzi ("28 May" Nəqliyyat Mübadilə Mərkəzi) arasında hərəkət edən "Aeroekspress" avtobus marşrutu fəaliyyətini qrafik üzrə davam etdirəcək və sərnişinlər üçün etibarlı nəqliyyat alternativi olaraq qalır.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












