Həkim iki COVID xəstəsini bilərəkdən öldürdü

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə polisin yaydığı press-relizdə deyilir.
Essen Universiteti Xəstəxanasının həkimi 18 noyabr tarixində həbs olunub.
"Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var", - sənəddə belə deyilir.
Hər iki xəstə - 47 və 50 yaşlı kişilər - 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb və dərman verildiyi anda "çox ağır vəziyyətdə olublar". Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini "xəstənin və ailəsinin əzablarına" son qoymaq istədiyi ilə əlaqələndirib.
Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












