Həmin tortla bağlı Hökumənin atasından - AÇIQLAMA

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub.
Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilir. Sözügedən görüntüləri tənqid edən sosial şəbəkə istifadəçiləri ananın əlinə bıçaq verib belə bir tortu kəsmək istənilməsini həm onun ruhuna, həm də ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər.
Sözügedən fotoda Kəmalə Alıyevanın yanında AZAL əməkdaşlarının dayanmağı tədbirin bu qurum tərəfindən təşkil edilməsi təəssüratını yaradıb. Amma AZAL-dan bildirilib ki, qurumun heyəti tədbirdə yalnız qonaq qismində iştirak edib.
Hökumə Əliyevanın atası Cəlil Əliyev də Ölkə.az-a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.


Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












