“Hər gün buradan yüzlərlə şəxs qaçaraq keçir…” - VİDEO

“Statistika dairəsi” adlanan ərazidə piyada zolağı xeyli aralıda olduğundan hərəkət üçün çətinlik yaradır. Hər gün bu yoldan yüzlərlə şəxs qaçaraq keçir. Nəticədə həyatlarını böyük təhlükə ilə üz-üzə qoyurlar”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə qafqazinfo-ya Bakının Yasamal rayonu İnşaatçılar prospekti 81 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, ərazidəki şərait yeraltı keçid inşa etməyə imkan verir. Əgər keçid olarsa, problem aradan qaldırılar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin ünvanda müvafiq işlər görüləcək: “Sözügedən ərazi mütəxəssislərimiz tərəfindən təhlil edilib. Aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra yol hərəkətinin təşkili istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












