Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir - VİDEO

Mobil səhra hospitalları və səyyar tibb qrupları günün 24 saatı, fasiləsiz olaraq şəxsi heyətin sağlamlığının keşiyindədir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutkaboyu fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir, kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












