Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal innovasiya xəritəsinə qoşuldu - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin təhlükəsizliyi və komfortunu prioritet tutaraq daha bir strateji nailiyyətə imza atıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın əsas hava qapısı olan aeroportun texniki infrastrukturuna dünyanın qabaqcıl şirkətlərindən biri - “ResQtec” tərəfindən hazırlanmış “Rapid Recovery System (R2S)” texnologiyası əlavə olunub.
Aviasiya sənayesində “qızıl standart” sayılan “R2S” sistemi təyyarələrin yerüstü hərəkətini daha sabit və təhlükəsiz edir, uçuşların fasiləsizliyinə şərait yaradır. Texnologiyanın üstünlüyü ondadır ki, bütün proses tək addımla və kəsilmədən həyata keçirilir, əlavə müdaxilə ehtiyacını minimuma endirərək əməliyyatları daha çevik və etibarlı edir. Əlavə olaraq, bu proses yalnız sərnişinlərin tam şəkildə təyyarəni tərk etməsindən sonra icra olunur.
Hazırda regionda bu texnologiyaya malik yeganə hava limanı məhz Heydər Əliyev Beynəlxalq Aeroportudur. Bu nailiyyət Azərbaycanı yalnız coğrafi qovşaq deyil, həm də texniki etibarlılıq baxımından tranzit üçün ən güvənli seçimə çevirir və beynəlxalq trafiklər üçün cəlbediciliyini artırır.
Yeni texnologiyanın tətbiqinə hazırlıq çərçivəsində əməkdaşlar “ResQtec”- in beynəlxalq təlim proqramlarını uğurla tamamlayıblar. Əvvəlcə Çexiyada keçirilən kurslar, ardınca isə Bakıda təşkil olunan intensiv 5 günlük proqram nəticəsində mütəxəssislər avadanlığın idarə olunması üzrə ən müasir biliklərə yiyələniblər.
“ResQtec” texnologiyaları artıq qlobal səviyyədə Toronto, Manas, Vyana, Cenevrə, Tallin, Ostrava, Changi kimi aparıcı hava limanlarında, eləcə də “Qatar Airways”, “Air France”, “Etihad Airways”, “Air Canada” kimi nüfuzlu aviaşirkətlərdə uğurla tətbiq olunur. Azərbaycanın bu ekosistemə qoşulması ölkəmizin qlobal aviasiya ailəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
“ResQtec” texnologiyasının tətbiqi Azərbaycanın aviasiya infrastrukturunun modernləşməsi yolunda mühüm mərhələdir. Bu addım daha yüksək etibar deməkdir, eyni zamanda ölkəmizin beynəlxalq aviasiya ailəsində güclənən mövqeyinin göstəricisidir”, – deyə Azərbaycan hava limanlarının əməliyyatlar üzrə direktoru Teymur Həsənov vurğulayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu bundan sonra da innovativ texnologiyalara investisiya etməklə modernləşmə siyasətini davam etdirəcək.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












