Heydər Əliyev Beynəlxalq Aeroportu rekord sayda sərnişinə xidmət göstərdi

2025-ci ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 840 minə yaxın sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub. Bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8 238 uçuş həyata keçirilib.
Aeroportdan Avtosfer.az-a verilən məlumata görə, yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub.
Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “Fly Dubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını ilə fərqlənib.
Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Belə ki, bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çox olmaqla 42 053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit keçib.
Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2% artaraq 79 120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilən uçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə göstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşların təhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühüm tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












