Hulusi Akar: "35 zabitdən ibarət heyət Azərbaycana gedib"

Türkiyə Ordusunun 35 zabitdən ibarət heyəti daha əvvəl qərara alındığı kimi artıq Azərbaycana gedib.
Avtosfer.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi-siyası baxımdan ilin yekunlarına dair video formatda keçirilən müşavirə zamanı bildirib.
Qarabağda “Tək Vətən hərəkatı”ndan sonra 9 noyabr tarixində atəşkəs elan olunduqdan sonra Rusiya Müdafiə Nazirliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq, bölgədə birgə mərkəzin yaradılmasının nəzərdə tutulduğunu xatırladan nazir qeyd edib:
“Heyətimiz Azərbaycana gedib və orada hazır vəziyyətdədir. Birgə mərkəzin inşasının başa çatması və fəaliyyətə başlamasından sonra biri general olmaqla 35 zabitimiz dərhal vəzifənin icrasına başlayacaq”.
Nazir həmçinin işğaldan azad edilən ərazilərdə mina və digər partladıcı qurğuların zərərsizləşdirilməsi istiqamətində türkiyəli hərbçilərin işlərə cəlb olunduğunu qeyd edib.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












