Husilər ABŞ-nin "Harry Truman" aviadaşıyıcısına yenə zərbələr endirdi

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər son 24 saat ərzində Qırmızı dənizdə ABŞ gəmilərinə və "USS Harry Truman" aviadaşıyıcısına üç dəfə hücum ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında bəyan edib.
"Silahlı qüvvələrimizin hərbi-dəniz, raket və pilotsuz qüvvələri Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviasiya daşıyıcısı başda olmaqla düşmən hərbi gəmilərinə qanadlı raketlər və PUA-larla bir neçə zərbə endirib. Bu, son 24 saat ərzində üçüncü toqquşmadır", - deyə hərəkat nümayəndəsi bildirib.
Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən 1/3-ni nəzarətdə saxlayan üsyançılara qarşı hərbi əməliyyatın başlanmasını elan edib. O bu qərarı husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib. Əməliyyatda Qırmızı dənizdə yerləşən "USS Harry Truman" aviadaşıyıcı qrupu iştirak edir. Bu qrup mütəmadi olaraq "Ənsar Allah" hərəkatının nəzarətində olan Yəmən ərazisinə zərbələr endirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












