İcra başçıları və deputatlar Gəncədə yaralı hərbçiləri ziyarət ediblər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, deputatlar Naqif Həmzəyev, Pərin Kərimzadə və Müşfiq Cəfərov yaralı əsgər və hərbiçilərə baş çəkiblər.
Avtosfer.az "Report"un məlumatına əsasən xəbər verir ki, onlar yaralılarla söhbət edib, səhhətləri, habelə istək və arzuları ilə maraqlanıblar.
N.Bayramov deyib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdiriblər: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan geri qaytarıldı. Bu zəfər Azərbaycan əsgər və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılıb. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatiya, siyasət sahəsində də qalib ölkədir".
Hərbiçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiklərini bildirib, bundan sonra da Ali Baş Komandanın yanında olacaqlarını söyləyiblər.
Onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgərləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıblar.
Bundan əlavə, 44 günlük Vətən müharibəsi dövrü və sonrasında yaralı hərbçilərin sağlanlığının bərpası üçün gecə-gündüz dayanmadan çalışan tibb işçilərinə də təşəkkür ifadə olunub.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












