İkinci Qarabağ müharibəsi rejissor Elçin Ağazadənin gözü ilə - FOTO - VİDEO

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film çəkilib.
Filmin rejissoru bir çox sənəndli və bədii filmlərin, sosial çarxların müəllifi Elçin Ağazadə Avtosfer.az-a bu haqda bildirib. Gənclər arasında Qarabağ tarixinin həqiqətlərini yaymaq, beynəlxalq səviyyədə maarifləndirici təbliğat aparmaq layihənin başlıca hədəfidir.
Filmin əsas sujet xətti Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi şərəfli döyüş yolundan, erməni qəsbkarlarının ötən il oktyabr ayında Gəncə şəhəri və Bərdə rayonunda dinc əhaliyə qarşı törətdikləri terrordan bəhs edir. Həmçinin bu faciələrdə şəhid olan, ağır yaralanan, mənəvi və maddi ziyana məruz qalan mülki əhalinin də yaşadıqları filmdə yer alıb.
Filmin paytaxt və digər rayonlarda təqdimatından sonra türk, rus və ingilis dillərinə dublyaj edilərək Türkiyə, Gürcüstan, Polşa, Çexiya,Rumıniya, İtaliya, Ukrayna kimi xarici ölkələrdə nümayişi gözlənilir. Təbliğat xarakterli olaraq 2021-ci il ərzində baş tutacaq qısametrajlı beynəlxalq film festivallarına qatılmaq da nəzərdə tutulur.
Azərbaycan tarixçilərinin araşdırmalarını özündə əks etdirən filmin layihə rəhbəri Nigar Ələsgərova, quruluşçu rejissor Pərviz Həsənov, rejissor Elçin Ağazadə, quruluşçu operator Fahir Səmədoğlu, operator Feyyaz Ələkbərov, ssenari müəllifi Pərviz Seyidli, prodüsser Vüqar Əliyev, icraçı prodüsser Fuad Cəfərov, layihənin meneceri Əziz Məmmədovdur.
Nərminə Əli
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?



















