İlon Mask yeni şəhər yaradır

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.
Report xəbər verir ki, sahibkar bu barədə özünün tvitterdəki səhifəsində yazıb.
"Starbeyz (“Starbase”) şəhərini yaradıram, Texas", - Mask tvitterdə yazıb.
Sahibkar qeyd edib ki, onun şəhərinin ərazisi “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndinin sahəsindən böyük olacaq. Bundan başqa, Maskın sözlərinə görə, yeni şəhərdə itlərə çox yaxşı münasibət bəsləyəcəklər. Şəhərin rəhbəri "doq" titulunu (italyanca "doge", ingilis "dog" - it) daşıyacaq.
Mask ötən ilin sonunda bildirib ki, Kaliforniyadan Texasa köçüb.
Maraqlıdır ki, dünyanın ən zəngin insanlarından biri olan Mask daha əvvəl Mars planetində məskunlaşmaq üçün bütün əmlakını satmağa qərar verdiyini bildirib. Sahibkar qeyd edib ki, başqa planetdə şəhərin tikintisi əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyidir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












