İran Rusiyaya PUA satması barədə xəbərləri əsassız adlandırıb

İran pilotsuz uçuş aparatlarının Rusiyaya çatdırılması xəbəri əsassızdır.
Apa xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran Nasir Kənani bəzi Ukrayna rəsmilərinin Rusiya ordusunun İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edilməsi ilə bağlı mövqeyinə münasibət bildirib:
“İran İslam Respublikası Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya PUA-lar təhvil verilməsi ilə bağlı xəbərləri əsassız hesab edir və bunu təsdiq etmir”.
O qeyd edib ki, münaqişənin başlanğıcından indiyədək rəsmi Tehran həmişə neytrallığa və müharibəyə qarşı çıxmağa əsaslanan prinsipial, aydın siyasət aparıb.
“Biz iki tərəf arasındakı fikir ayrılıqlarının zorakılıqdan uzaq, siyasi yolla həllinin zəruriliyini vurğulamışıq”, - XİN rəsmisi deyib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












