İran Tehranda səhvən vurduğu Ukrayna təyyarəsinə görə təzminat ödəməkdən imtina edib

İran yanvar ayında Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” qəzasında ölənlərin ailələrinə təzminat ödəmək təklifindən boyun qaçırıb.
“Hromadske” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yenin deyib.
Onun sözlərinə görə, İran hökuməti növbəti il büdcəyə təzminat üçün 200 milyon avro ödəməkdən imtina edib. Bunun üçün milli inkişaf fondundan vəsait ayırmaq istəyirlər.
Yenin qeyd edib ki, İran tərəfi ilə təzminat miqdarı ilə bağlı danışıqlar hələ başlamayıb. Eyni zamanda, Ukraynanın mövqeyi fəlakətin şərtlərindən və obyektiv istintaqı təmin etmək üçün İranın əməkdaşlıq dərəcəsindən asılıdır.
Daha əvvəl İran Mərkəzi Sığorta rəhbəri Qulamrza Süleymani deyib ki, Ukraynanın “Boeing-737” Avropa şirkətləri tərəfindən sığorta edilib, buna görə də onlar kompensasiya ödəməlidir.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi, Tehranın təzminat ödəməyə razı olduğunu bildirmişdi.
Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçan “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan dərhal sonra vurulub. 167 sərnişin və doqquz ekipaj üzvünün hamısı ölüb. Onlar Ukrayna, İran, Kanada və digər ölkələrin vətəndaşları olublar. İran təyyarənin hərbçilər tərəfindən səhvən vurulduğunu etiraf edib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












