İsmayıl Manafov: "Ələtdə yük hava limanının inşası 2027-ci ilin I rübündə başa çatacaq"

"Ələt" Azad İqtisadi Zonasında multimodal yük hava limanının inşası üzrə işlər 2027-ci ilin I rübündə başa çatacaq".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Ələt" Azad İqtisadi Zonasının İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşa şəhərində keçirilən 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumu çərçivəsində bildirib.
O qeyd edib ki, investorlarla multimodal yük hava limanının yaradılması barədə razılıq əldə olunub:
"Bu layihənin həyata keçirilməsinə artıq başlanılıb və işin 2027-ci ilin birinci rübündə başa çatacağı gözlənilir. Hava limanının ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək və daha sonra ildə 2 milyon tona qədər artırılacaq. Əsas məqsəd isə investorların cəlb edilməsi və ixracın inkişafıdır".
İ.Manafov əlavə edib ki, "Ələt" Azad İqtisadi Zonasında artıq 10 şirkət qeydiyyatdan keçib.
O, həmçinin əlavə edib ki, 2025-ci ildə iqtisadi zonada iki zavod açılacaq.
Xatırladaq ki, yük hava limanının ərazisi 750 hektardan çox olacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












