İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcəklər

Xəbərlər 6 Dekabr 2020 11:47
İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcəklər
WhatsApp kanalımıza abunə olun

İtaliya deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.

Bu barədə Avtosfer.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. Onları Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.

Oxunub : 1176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh