"Karbon qazı emissiyasının az hissəsi dəmir yollarının payına düşür"

Azərbaycanın dəmir yollarında elektrikləşməni 100 %-ə çatdırmaq hədəflənir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu göstərici hazırda 63 %-dir: "Ötən il daşınmış 7,2 milyon sərnişinin 100 %-nin, 18,2 milyon ton yükün 80 %-nin daşınması elektrik enerjisi hesabına aparılıb. Məqsədimiz bu hədəfi daha da artırmaqdır".
R. Rüstəmov bildirib ki, dəmir yolu nəqliyyatı digər nəqliyyatı vasitələri ilə müqayisədə xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir: "Rəqəmlərə nəzər yetirsək görərik ki, sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir. Bundan əlavə, dəmir yolu infrastrukturunun inkişafı nəqliyyat sıxlığını azaltmağa kömək edir ki, bu da öz növbəsində karbon qazı tullantılarının azaldılmasına gətirib çıxarır. Ümumilikdə, qlobal karbon qazı emissiyasının sadəcə 1 %-i dəmir yollarının payına düşür. Azərbaycana gəldikdə, dəmir yolu nəqliyyatının payına ümumi enerji istehlakının 0,12 %-i və istilik effekti yaradan qazların emissiyasının 0,5 %-dən az hissəsi düşür. Ümumiyyətlə qlobal emissiyada payı 0,1 % ətrafında olan Azərbaycanda ADY-nin məsul olduğu həcm illik 200 min tondan azdır".
ADY rəhbəri qeyd edib ki, dəmir yolları bir nəqliyyat növü olaraq bu böyük mənzərənin bir hissəsidir: "Ümumiyyətlə, qlobal iqlim böhranı və artan ekoloji tələblər kontekstində xüsusilə vacib olan dayanıqlı nəqliyyat sisteminin yaradılmasında dəmir yolları əsas rollardan birini oynayır. Qlobal karbon qazı emissiyasının 24 %-inə səbəb olan nəqliyyat sisteminin dekarbonizasiyası bərpa edilən enerji mənbələrindən və alternativ yanacaq növlərindən istifadə ilə yanaşı, əhəmiyyətli dərəcədə dəmir yolu nəqliyyatına keçidi tələb edir.
Belə ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 %, təbii qaz istehlakını 16 %, su sərfiyyatını 23 %, karbon emissiyasını isə 9 % azaltmağa müvəffəq olub".
R. Rüstəmov əlavə edib ki, ADY-nin dekarbonizasiya ilə bağlı təşəbbüsləri uzunmüddətli dövrü əhatə edir və bu sahədə qurum Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












