Keçmiş məhkum 4 kq narkotiklə tutuldu - FOTO - VİDEO

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı külli miqdarda - 3 kq 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə edib.
Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Əldə edilən narkotik vasitələrin mənbəyinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












