Kəlbəcərin beş min illik qayaüstü rəsmləri dünyaya tanıdılmalıdır - AMEA

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonu qayaüstü rəsmləri, tarixi abidələri ilə zəngindir. Kəlbəcərin beş min illik qayaüstü rəsmləri dünyaya tanıdılmalıdır.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə deyib.
Ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrində qayaüstü təsvirlərin aşkarlanmasına həsr edən və belə yüksək dağlıq zonasında 8000-ə yaxın qayaüstü rəsmləri üzə çıxaran alim deyib ki, Kəlbəcərin qayaüstü təsvirlərində ailə-məişət, təsərrüfat işləri və yerli tayfaların səma cisimləri ilə bağlı dünyagörüşü əks olunub. Bu təsvirlərdən ən qədiminin tarixi e.ə. IV-III minilliyə təsadüf edir.
Arxeoloq alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb
Alimin sözlərinə görə sözügedən qayaüstü təsvirlər yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın "əkizi" kimi dünya səviyyəsində tanıdılmalıdır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












